AICA çat bot müştəri xidmətləri

Süni intellekt çat botlarımızla müştərilərin suallarına dərhal cavab verin və biznesiniz üçün müştəri dəstəyini sadələşdirin.

Company Logo

TezFinance Tech MMC

Missiya

TezFinance Tech MMC-nin əsas missiyası, fərdlərə və şirkətlərə əsaslandırılmış qərarlar qəbul etmək və maliyyə hədəflərinə çatmaq imkanı verən innovativ maliyyə həlləri təqdim etməkdir. Şirkət süni intellekt texnologiyalarından istifadə edərək maliyyə xidmətlərini yenidən formalaşdırmaq və sektorun qaydalarını dəyişməyi hədəfləyir.

Problemlər

  • Müştəri xidmətləri ilə bağlı sadə və təkrarlanan sualların vaxt itkisinə səbəb olması.
  • Müştəri xidmətlərinin iş rejimindən asılı olaraq, məhsul haqqında məlumatların fasiləsiz əldə edilməsinin çətinliyi.
  • Nəticədə müştəri məmnuniyyətinin azalmasına səbəb olan qeyri-səmərəli müştəri xidməti.

AICA: Çat Bot

AICA, qabaqcıl süni intellekt texnologiyasından istifadə edərək müştəri xidmətlərində inqilab yaradır. Müştərilərə fərdi və səmərəli dəstək verərək, ümumi təcrübələrini yaxşılaşdırır və məmnunluq səviyyələrini artırır.

AICA Telegram BOT və WhatsApp chat vasitəsilə şirkətə aid məhsul məlumatları əsasında sualları cavablandırır və OpenAI LLM texnologiyası ilə işləyir.

AICA Çat Bot-un iş prinsipi

AICA müştəri sorğularını təbii dil emalı (NLP) və maşın öyrənməsi texnologiyaları ilə təhlil edir. Sualı anlamaqla yanaşı, müvafiq cavabları və əlaqəli linkləri təqdim edir, müştərilərə ən dəqiq və şəxsi cavablar verir.

Əsas Texnologiyalar

  • Qabaqlayıcı təhlil (Predictive Analysis)
  • Maşın təlimi (Machine Learning)
  • Təbii dil emalı (NLP)
  • Robotlaşdırılmış proseslərin avtomatlaşdırılması (RPA)

Bacarıqlar

  • Təbii dil emalı (NLP): AICA real vaxtda müştəri sorğularını dəqiq başa düşərək fərdiləşdirilmiş cavablar təqdim edir.
  • Sorğuların ağıllı yönləndirilməsi: AICA sorğuları müvafiq əməkdaşa və ya Telegram BOT-a ağıllı şəkildə yönləndirir.
  • Telegram və WhatsApp ilə inteqrasiya: AICA hər iki platforma ilə problemsiz inteqrasiya olunur.

Süni İntellekt Texnologiyası

  • OpenAI LLM: AICA ən müasir dil modelindən istifadə edir.
  • Azərbaycan dili üçün tokenizer: AICA azərbaycan dilini tam dəqiqliklə işləyə bilir.

Tətbiq Nümunələri

Şirkətin Digər Layihələri

  • Robot-zəng sistemi (TTS texnologiyası ilə)
  • TezScore – Ödəniş qabiliyyətin qiymətləndirilməsi sistemi
  • TezKredit – Online kredit platforması
  • MyBanko – Ailə büdcəsi idarəetmə sistemi
  • Nisye.az – Online nisye alqı-satqı platforması